İtaliyanın Piza şəhərində 25 yaşlı tunisli gənci qətlə yetirməkdə təqsirli bilinən daha 4 nəfər saxlanılıb, onlardan biri Gürcüstan vətəndaşıdır.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, müstəntiqlər yanvarın 5-də baş verən davada əli olan şəxslərin hamısını müəyyənləşdirdiklərini düşünürlər, baxmayaraq ki, qətli törədən şəxsin yalnız qətldən 24 saat sonra tutulan gürcü olduğunu düşünürlər.
Piza Prokurorluğunun tələbi ilə saxlanılan tunislilər istintaq təcridxanasında, gürcü isə ev dustaqlığındadır.
Xatırladırıq ki, İtaliyanın Piza şəhərində tunisli gənci qətlə yetirməkdə şübhəli bilinən 32 yaşlı Gürcüstan vətəndaşı bir neçə həftə əvvəl saxlanılıb və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı daha bir Gürcüstan vətəndaşını axtarırdılar.