Fransada ibtidai və orta məktəb müəllimləri tətil ediblərbackend

Fransada ibtidai və orta məktəb müəllimləri tətil ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada ibtidai və orta məktəb müəllimləri iş şəraitinin yaxşılaşdırılması və maaşların artırılması tələbi ilə bu gün tətilə çıxıblar. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Milli mətbuatda yer alan xəbərə görə, ölkənin aparıcı təhsil birliklərinin çağırışı ilə paytaxt Parisdə və bir çox şəhərlərdə müəllimlər tətilə çıxıb.

Həmkarlar ittifaqları 2023-cü ilin dekabr ayından maaşların və iş şəraitinin yaxşılaşdırılmasını tələb edərkən, Təhsil Naziri Amelie Oudea-Kasteranın dövlət məktəblərinə ünvanladığı tənqidi açıqlamalar müəllimlərin reaksiyasına səbəb olub.

Təhsil nazirinin açıqlamaları ilə əməyinin dəyərsiz göründüyünü düşünən müəllimlər hökumətə reaksiya verib.

FSU-SNUİpp təhsil birliyinin Paris üçün tətildə iştirak nisbətini yüzdə 65, Val-de-Marne, Drome, Ardeche və Pyrenees-Atlantiques şəhərləri üçün isə yüzdə 50 olaraq proqnozlaşdırdığı açıqlanıb. Bu gün ölkə üzrə ibtidai və orta məktəb müəllimlərinin 40 faizinin tətil edəcəyi gözlənilir.

Fransada 4 təhsil həmkarlar ittifaqı tərəfindən 2023-cü ilin dekabrında əmək haqqı və iş şəraitinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilib. Nazir Oudea-Kasteranın dövlət məktəblərində dərslərin müəllimsiz keçirildiyini bildirməsindən sonra o, uşaqlarını Parisdəki özəl məktəbə göndərdikdən sonra müzakirələr daha da artıb.