Fransanın paytaxtı Parisdə qatar stansiyasında bıçaqlı hücum nəticəsində 3 nəfər yaralanıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Ölkə mətbuatında yer alan xəbərə görə, bu səhər yerli vaxtla saat 08:00 radələrində Parisdə “Gare de Lyon”a bıçaqla silahlanmış şəxs hücum edib.
Hücum zamanı yaralanan 3 nəfər xəstəxanaya aparılarkən, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Polis tərəfindən saxlanılan 32 yaşlı şübhəlinin hücumu hansı səbəbdən həyata keçirməsi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.