Rusiyanın sabiq deputatı Dmitri Qudkovun 20 yaşlı oğlu vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasına Dmitri Qudkov özü məlumat verib.
Rusiyanın sabiq Dövlət Duması deputatı Dmitri Qudkovun 20 yaşlı oğlu İvanın intihar etdiyi bildirilir.
Qudkovun sözlərinə görə, oğlu uzun illər ağır daxili problemlərlə mübarizə aparıb.
Məlumata görə, ailə son illərdə Bolqarıstanda yaşayıb.
Qeyd edək ki, Dmitri Qudkov 2023-cü ildə axtarışa verilib, 2024-cü ildə isə Rusiya ordusu haqqında saxta məlumatlar yaymaq ittihamı ilə qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edilib.
O, Rusiyada xarici agentlər siyahısına, həmçinin terrorçular və ekstremistlər siyahısına daxil edilib.
Xuraman Etibarlı
İnterpress.az






