Qazaxıstanda saxlanılan Nəvainin iki yoldaşı SƏRBƏST BURAXILDIbackend

Qazaxıstanda saxlanılan Nəvainin iki yoldaşı SƏRBƏST BURAXILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəvainin iki yoldaşı Qazaxıstanda saxlanıldıqdan sonra sərbəst buraxılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Qazaxıstanda saxlanılan azərbaycanlı reper Nəvainin iki yoldaşı sərbəst buraxılıb. Onların reperin konsert direktoru Rauf Həsənov və avtomobilin icarə müqaviləsi rəsmiləşdirilən Halmurad Manapov olduğu bildirilir.

Məlumata görə, avtomobili reperin özü idarə edib. Üç nəfər Qazaxıstanın Cambul vilayətində yerləşən “Korday” sərhəd-keçid məntəqəsində saxlanılıb.

Nəvainin üzərində narkotik vasitələr aşkarlandığı iddia edilir.

Hazırda yalnız reperin həbsdə qaldığı bildirilir.

Xuraman Etibarlı

İnterpress.az