Gözəl qadınla söhbət kişilərin diqqətini yayındırır – ARAŞDIRMAbackend

Gözəl qadınla söhbət kişilərin diqqətini yayındırır – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cazibədar qadınlarla söhbət kişilərin diqqətini və düşünmə sürətini zəiflədə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə aparılan elmi araşdırmanın nəticələrinə dair hesabatda məlumat yayılıb.

İddialara görə, cazibədar qadınla cəmi bir neçə dəqiqə söhbət etmək kişilərin test tapşırıqlarını daha yavaş yerinə yetirməsinə və daha çox səhv etməsinə səbəb ola bilər.

Məlumatda qeyd olunur ki, kişi həmsöhbətinə xoş təsir bağışlamağa nə qədər çox çalışırsa, testlərdə nəticələri bir o qədər zəif olur. Bu təsirin münasibətdə olan kişilərdə də müşahidə edildiyi bildirilir.

Araşdırmada qadınlarda oxşar nəticənin qeydə alınmadığı da iddia olunur.

Tədqiqatların Hollandiyadakı Redboud Universitetinin və İspaniyadakı Valensiya Universitetinin alimləri tərəfindən aparıldığı bildirilir.

Xuraman Etibarlı

İnterpress.az