Antalyada baş verən yol qəzasında yeddi rusiyalı xəsarət alıb, onlardan ikisi hələ də xəstəxanadadır.
İnterpress.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Antalyadakı Baş Konsulluğundan məlumat verilib.
Türkiyənin Antalya şəhərində sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 7 Rusiya vətəndaşı xəsarət alıb. Onlardan ikisi xəstəxanada müalicəsini davam etdirir.
Baş Konsulluğun məlumatına görə, xəsarət alanlar arasında uşaqlar da olub. Onlar artıq xəstəxanadan evə buraxılıblar.
“Yenidevir Gazetesi” portalının məlumatına əsasən, xəsarət alanların həyatı üçün təhlükə yoxdur. Sərnişinlərin əksəriyyəti yüngül xəsarətlər və əzilmələr alıb.
Xuraman Etibarlı
İnterpress.az






