Moskvaətrafı ərazidə kişi keçmiş həyat yoldaşının üzərinə qaynar su tökərək ona ağır xəsarətlər yetirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.
Moskvaətrafı ərazidə Anastasiya adlı qadın bir il ərzində birlikdə yaşadığı kişinin döyülmə və təhdidlərinə məruz qaldığını bildirib.
Qadının sözlərinə görə, kişi dəfələrlə onu döyüb, burnunu sındırıb və mənzildən çıxmaqdan imtina edib.
Növbəti mübahisə zamanı kişi qadının üzərinə qaynar su töküb. Nəticədə Anastasiya ağır yanıq xəsarətləri alıb.
Qadın hadisə zamanı hüquq-mühafizə orqanlarına müraciət etdiyini, lakin əməkdaşların gəlmədiyini iddia edib.
Hadisə ictimailəşdikdən sonra şübhəli şəxs saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az





