Tehran–İstanbul reysi Təbrizdə TƏCİLİ ENİŞ ETDİ: Təyyarədə 116 sərnişin OLUBbackend

Tehran–İstanbul reysi Təbrizdə TƏCİLİ ENİŞ ETDİ: Təyyarədə 116 sərnişin OLUB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehrandan İstanbula uçan təyyarə Təbrizdə təcili eniş edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Sepah Pasdaran” Telegram kanalı məlumat yayıb.

“İran Air” aviaşirkətinə məxsus, göyərtəsində 116 sərnişin olan Tehrandan İstanbula uçan təyyarə texniki nasazlıq səbəbindən Təbriz hava limanında təcili eniş edib.

Məlumata görə, bütün sərnişinlər təhlükəsiz vəziyyətdədir və tranzit zonasına yerləşdiriliblər.

Hazırda texniki nasazlığın aradan qaldırılması və ya sərnişinlər üçün alternativ reysin təşkil olunması məsələsi həll edilir.

Xuraman Etibarlı

İnterpress.az