Şairin məhkəməsində: “Kralın qızı gəlib ifadə verdi”backend

Şairin məhkəməsində: “Kralın qızı gəlib ifadə verdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu adamların qəti fikrini gözləyirəm, ondan sonra Prezidentə, onun yaxınlarına, ona sədaqətli insanlara müraciət edəcəm. Ailəmə hədə-qorxu, təhdidlərin hamısını deyəcəm”

Həbsdə olan şair Saday Şəkərli Vergilər naziri Fazil Məmmədov və onun müavini Namiq Əliyevin məhkəmədə dindirilməsini tələb edir. Şairin vəkili Bəhruz Bayramov aprelin 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə vəsatət qaldırıb.

“NAZİR ÜÇÜN DƏ QANUNLAR VAR”

\”Mən Azərbaycan reallığını yaxşı başa düşürəm. Qardaşım İspaniyada yaşayır, özü də hüquqşünasdır. Bir məhkəmə prosesində kralın qızı barədə vəsatət verdi ki, gəlib şahid kimi ifadə versin, vəsatət təmin edildi və o da gəldi. Yəni nazir də olsa, Azərbaycan Respublikasının qanunları var. Obyektiv araşdırma aparılması baxımından onların dindirilməsi çox vacibdir\”, – deyə vəkil bildirib.

Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatətin baxılmamış saxlanılmasına qərar verib.

Məhkəmə iclasında həmçinin Saday Şəkərli həbs edilərkən Vergilər nazirinin müşaviri olmuş, hazırda isə nazirliyin Aparat rəhbərinin müavini vəzifəsində çalışan Asif Cahangirov şahid qismində dindirilib. O, şairin həbsində əsas fiqurdur.(azadlıq radiosu)

İnterpress.az