Ali Məhkəmə Seymur Həzinin şikayətini rədd etdibackend

Ali Məhkəmə Seymur Həzinin şikayətini rədd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib.

Qeyd edək ki, ittiham aktına əsasən, xuliqanlıq hadisəsi 2014-cü il avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində baş verib.

Bakı şəhər sakini Məhərrəm Həsənovla aralarında yaranmış mübahisə zəminində S.Həzi barəsində Abşeron Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

2015-ci il yanvarın 29-da Abşeron Rayon Məhkəməsinin hökmü ilə S.Həzi 5 il, M.Həsənov isə 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan S.Həzi apellyasiya şikayəti verib.

Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.
Daha sonra S.Həzi məhkəmə qərarından kassasiya şikayəti verib. (trend.az)

İnterpress.az