İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, aprelin 20-də keçiriləcək təməlqoyma mərasimindən sonra Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının görüşü keçiriləcək.
Görüşdə komissiyanın həmsədrləri – Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi və iki ölkənin digər rəsmi şəxsləri iştirak edəcək.
Toplantıda iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər müzakirə ediləcək. (report.az)
İnterpress.az