Avstraliya mətbuatında tənqid olunan səfirimizin cavab yazısıbackend

Avstraliya mətbuatında tənqid olunan səfirimizin cavab yazısı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Avstraliyada nəşr olunan bir neçə qəzetdə Səfirlik və haqqımda dərc edilmiş qərəzli məqaləylə bağlı aşağıdakıları bildirməyi vacib hesab edirəm.

Məlum olduğu kimi beynəlxalq təcrübədə diplomatlar çalışdıqları öıkələrdə bir sira imtiyazlar, o cümlədən ticarət mərkəzləri və ictimai iaşə müəssisələrindən istifadə xidmətləri üçün vergidən azad olunurlar. Bununla yanaşı müxtəlif ölkələrdə bu qaydalarin tətbiqi fərqli ola bilər.

Hazırkı halda mən ancaq duty free vergisiz ticarət obyektlərində tətbiq olunan qaydalara toxunmaq istəyirəm Bəzi ölkələrdə önləyici prosedurlara ehtiyac olmadan diplomatlar dükana birbaşa müraciət edib diplomatik vəsiqəni təqdim edərək, komüter sistemində səfirliyin və əmədaşların adlarının qarşısında göstərilən limitli həcmlər çərçivəsində lazım olan malları vergisiz qiymətlərlə əldə edə bilərlər.

Digər məlum qaydaların detallarına varmadan Avstraliyada tətbiq olunan prosedura toxunmaq istərdim. Avstraliya Xarici İşlər və Ticarət departamentinin (nazirliyinin) internet səhifəsində yerləşdirilmiş Duty free mağazalarından istifadə qaydalarına əsasən hər hansi səfirlik və səfirliyin əməkdaşı həmin xidmətdən istifadə etmək üçün saytda yerləşdirilmiş kvotaya əsasən xüsusi formanı dolduraraq səfirliyin möhürü və rəhbərin imzasilə təsdiq olunmuş şəkildə Gömrük departamentinə təqdim etməlidir. Departament tərəfindən möhür və məsul şəxsin imzasilə təsdiq edilimiş forma-sənəd Duty free dükanına təqdim edildikdən sonra dükanın xidmətlərindən istifadə etmək olar. Xüsusi şəkildə qeyd etmək istərdim ki, verilən kvota 6 ayı əhatə edir və bu müddətdən sonra prosedur təkrar olunmalıdır.

Məqalədə müəlliflər provakasiya xarakteri daşıyan rəqəmlər vasitəsilə oxucuda səfirlik və əməkdaşların böyük həcmdə spirtli içki və siqaret istifadə etməsi təsəvvürü yaratmaq məqsədi güdmüşlər.

Əvvəla qeyd edilməlidir ki, Azərbaycan səfirliyi məqalədə məqsədli şəkildə göstərildiyi kimi xaricdən spirtli içkilər gətirmək üçün xüsusi və əlahiddə formada Avstraliyanın heç bir dövlət qurumuna heç bir zaman müraciət etməmişdir.

Əsas məsələ –kvotalar çərçivəsində Duty free sisteminə göndərilmiş formadakı həcmlərlə faktik olaraq alınmış malların arasındakı fərq məqalədə qəsdən əks edilməyərək oxucunu, ictimai fikri yanlış istiqamətə yönəltmək, Səfirliyə qara yaxmaq, şər atmaq məqsədi daşıyır.

Səfirliyin rəsmi məqsədlər və əməkdaşların fərdi istifadəsi üçün alınmış mallara dair məqalədə göstərilmiş dövrü (22.12.2014 — 22.06.12 2015) əhatə edən kvotada nəzərdə tutulmuş və faktik olaraq alınmış malların Duty free mağazasının rəsmi sənədləri əsasında tərtib etdiyimız yekun hesabatı aşağıdakı kimidir:
Spirtli içkilər –kvota 350 litr, faktiki istifadə – 208.5 (o cümlədən ölkəmizdən gətirilmiş 68.3 litr həcmində Azərbaycan konyakları), istifadə edilməmiş qalıq – 141.85 litr
Pivə –kvota 1200 litr, faktiki istifadə -36 litr, istifadə edilməmiş qalıq 1164 litr
Şampan və şərablar –kvota 400 litr, faktiki istifadə 5 litr, istifadə edilməmiş qalıq 395 litr
Kosmetik məhsullar– kvota 120 ədəd, faktiki istifadə 52 ədəd, istifadə edilməmiş qalıq 68 ədəd
Siqaret — kvota 27000 ədəd (135 blok), faktiki istifadə 13600 ədəd (68 blok), istifadə edilməmiş qalıq 13400 ədəd (67 blok).

Nəzərə alınmalıdır ki, qeyd olunan mallar 6 ay ərzində istifadə edilib.

Bütün təsdiqedici sənədlər Səfirlikdə mövcuddur və surətləri məlumat üçün Azərbaycan XİN-nə göndərilib.

Qəzetin baş redaktoruna müvafiq məktub göndərilərək, çap olunması və Səfirlikdən üzr istəməsi tələb olunub.

Azərbaycanın Avstraliyadakı Səfirliyinə qarşı yönəlmiş iftira, təxribat və qərəzli hücumların səbəbini cənab Prezidentin XİN qarşısında qoyduğu vəzifələrin Avstraliyada da uğurla həyata keçirilməsinin bu ölkədəki erməni icması və məlum səbəblərə görə onlara himayədarlıq edən, əsasən Yeni Cənubi Uels və Federal parlamentlərdəki bəzi siyasətçilərdə doğurduğu qəzəb və narahatlıq, eləcə də düşmən dəyirmanına su tökən bəzi bədxahlarımızın səylərində axtarmaq lazımdır.

Avstraliya ilə mövcud və uğurlu şəkildə inkişaf edən əlaqələrimizin nəticələri göz qabağındadır. Uzaq məsafədə yerləşmyimizə və düşmənlərimizin səylərinə baxmayaraq, burada Azərbaycanı indi daha yaxşı tanıyirlar. Avstraliya Federal parlamentində yaradılmış işçi dostluq qrupu ilə Milli Məclisin Avstraliya üzrə işçi qrupu arasında effektiv sıx əməkdaşlıq münasibətləri qurulmuşdur. Ölkələrimiz arasında iqtisadi-ticarət sahəsindəki əlaqələrdə də müsbət dinamikanın şahidiyik. Avstraliya Federal hökumətinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə rəsmi mövqeyi təqdirəlayiqdir. Xarici işlər naziri xanım J.Bişop 30 noyabr 2015 il tarixdə Federal parlamentin iclasındakı çıxışında bir daha Avstraliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirmiş, Ermənistanı birmənalı şəkildə işğala son qoymağa çağırmışdır. Təəssüf ki, bəzi mətbuat orqanlarımız haqqımzda söylənən şaiyə və böhtanların işıqlandrlmasına Avstraliya kimi nüfuzlu bir dövlətin xarici işlər nazirinin bu cür yüksək mövqeyinə göstərildiyindən müqayisəolunmaz şəkildə daha çox maraq göstərmişlər.(musavat)

Həqiqətlər bunlardan ibarətdir, əziz oxucular.

Hörmətlə,
Rövşən Cəmşidov

Fövqəladə və səlahiyyətli səfir

İnterpress.az