15 yaşlı qız özünü kanala atdıbackend

15 yaşlı qız özünü kanala atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubanın Barlı kənd sakini, 15 yaşlı Güldanə Vaqif qızı Tağıyeva özünü kanala atmaqla intihar edib.

Verilən məlumata görə, Güldanə özünü kəndlərinin yaxınlığından keçən Samur-Abşeron kanalına atıb. Faktı FHN-nin Xaçmaz şimal regional mərkəzindən təsdiq ediblər. Mərkəzdən bildirildi ki, bu barədə saat 19:54-də məlumat daxil olub.

Hazırda nazirliyin şimal dalğıc qrupunun axtarış qrupu məktəbli qızın cəsədinin tapılması istiqamətində axtarışlara başlayıb. Quba polisi də faktın araşdırılmasına başlayıb. 15 yaşlı qızın hansı səbəbdən intihar etdiyi hələlik bəlli deyil. ( anspress.com )

İnterpress.az