Onun dünya çapında tanınan yazıçı Çingiz Aytmatovla bağlı maraqlı xatirəsini təqdim edəcəyik. Qeyd edək ki, həmin xatirəni S. Rüstəmxanlı özünü “Qırğızıstanın dünyaya ən böyük hədiyyəsi” adlı məqaləsində qeyd edib.
Bu xatirədən də çox yerinə yetməyən bir ideya haqqında qeyddir. O zaman Aytmatovla Sabir Rüstəmxanlı dünya çapında tanına biləcək və başlıca məqsədi ədəbiyyat üzrə Nobel mükafatına qarşı rəqabət olacaq bir ədəbi mükafat haqqında plan cızırlar:
“Çıxışımın axırında bildirdim ki, Çingiz bəy böyük yazıçıdır və ona Nobel mükafatı lazım deyil. İkincisi də Nobel mükafatı Azərbaycan neftinin paraları hesabına formalaşmışdır. İnşallah, ondan da yaxşı ədəbi mükafatı yenidən təsis edərik və birincisini Çingiz bəy alar.
Elazıqdan ayrılıq ərəfəsində məni otağına çağırdı. Gülə-gülə dedi:
– Sən gözəl bir ideya verdin. 90 ildir, bu “Nobel mükafatı” söhbəti gedir. Ancaq bilirsən, onu da siyasiləşdiriblər. Ədəbi dəyərdən çox, ayrı meyarlar əsas götürülür. Niyə biz türk dünyasının, ya da böyük şairlər yurdu Azərbaycanın belə bir mükafatını yaratmayaq? Sən bu barədə fikirləş”.
Sabir Rüstəmxanlı yazısında qeyd edir ki, onların mükafat ideyasının əsas məqsədi Nobel mifini qırmaq və dünyanın ədəbi cameəsinin diqqətini Azərbaycana yönəltmək olub. Lakin müəyyən səbəblərdən bu mükafatın təsisatı baş tutmayıb.(moderator.az)
İnterpress.az