Azyaşlını zorlayana bəraət verildi-MƏHKƏMƏbackend

Azyaşlını zorlayana bəraət verildi-MƏHKƏMƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm ləğv edilərək, bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, R.Quliyev 2015-ci ildə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirli bilinərək saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Təqsirləndirilən şəxs məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.(report.az)

İnterpress.az