Bakı restoranlarında toylar təxirə salındı – SƏBƏBbackend

Bakı restoranlarında toylar təxirə salındı – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cprelin 2-dən başlayaraq şadlıq sarayları və restoranlarda sifariş qəbulu, yaxud toyların təxirə salınması ilə bağlı sorğu keçirib. Sorğuda məlum olub ki, dəbdəbəli məraismləri təxirə salanlar da olub, heç nə olmamış kimi davam edənlər də. Paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində yerləşən “Filiz Palace” restoranı ümumiyyətlə aprel ayı başlayandan heç bir toy sifarişi qəbul etməyib. “Ümumiyyətlə aprel ayı başlayandan bizə heç bir toy sifarişi daxil olmayıb. Hər aya bir neçə toy sifarişlərimiz olurdu, bu ay olmayıb. Ad günləri və banketlər olsa da, o da böyük keçirilməyib. Sakit şəkildə olub, dəbdəbəli, təmtəraqlı keçirilməyib” deyə restoran rəhbərliyi bildirib. Mikayıl Əliyev küçəsində 9, 8 km yerləşən “Neolit” restoranından isə bu ay ərzində bir neçə toy və banket sifarişlərinin olduğunu qeyd edilib: “Bu ay başlayandan bir neçə toy və banket sifarişi almışıq.Onlardan təxirə salanlar da olub, təxirə salmayanlar da. Amma tam əminliklə deyə bilmərik ki, toyları niyə təxirə salıblar. Bəlkə şəhidlərə də bağlı ola bilər, bəlkə də başqa səbəbləri var. Amma toy keçirənlər də az olmayıb. Biz öz təşəbbüsümüzlə onlara “yox” cavabı verməmişik”. Babək prospekti. 23/15 ünvanında yerləşən “Kleopatra” restoranında isə fərqli cavabla qarşılaşdıq. Restoran yetkilisi “Bizim vicdanımız heç vaxt yol verməz buna. Mənim vətənimin oğlu mənim üçün canından keçsin, şəhid olsun, mən burda çal-çağır edim, toy sifarişi qəbul edim. Bunu etməz bizim mənliyimizə, kişiliyimizə sığmaz. Təxminən 5 toy sifarişini təxirə salmışıq. Yalnız şəhidlərimizin 40 mərasimindən sonra biz həmin sifarişləri qəbul edəcəyik. Şəhidlərimizin 40 mərasimini gözləmək hər birimizin insanlıq və vətəndaşlıq borcumuzdur. Biz müsəlmanıq, o şəhidimizin damarında axan qandan mənim də damarımda axır. Biz heç vaxt onun yerə axan qanını tapdalayıb şadlana bilmərik…”. Həsənoğlu-1 ünvanında yerləşə “ Gilavar” restoranında isə vəziyyət dəyişməyib. Belə ki, restoranda bu ay ərazində sifarişlər qəbul edib və bəzi sifarişlər təxirə salınıb: “Bizə bu ay bir neçə toy sifarişləri gəlib. Onlardan təxminən 3 sifariş təxirə salınıb. O sifarişlərdən birində toy sahibinin yaxın qohumu qəzada dünyasını dəyişmişdi, ona görə təxirə salındı. Digər 2 sifariş isə konkret səbəbi olmadı. Toy sahibi “Biz belə gündə toy edə bilmərik” dedi sadəcə. Sifarişi təxirə saldıq. Çox güman ki, məsələ sırf cəbhə xəttində baş verənlərlə bağlı idi. Şəhidlərimizin 40 mərasimindən sonra yəqin ki, yenidən sifariş edəcəklər”. Şövkət Məmmədova,4 ünvanında yerləşən “Oazis” şadlıq sarayından isə “Bu aylar devalvasiya ilə əlaqədar olaraq heç bir sifarişimiz yoxdur. Toy bazarında nisbətən sükut müşahidə edilir. Bu ay da eyni qayda olaraq heç bir sifarişimiz olmayıb” deyə vurğulanıb.(Cebhe.info)

İnterpress.az