Prosesə hakim Mayıl Bayramov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Rafiq Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, R.Alışov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320( saxta sənəd) maddələri ittiham verilib. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Məhkəmənin hazırlıq iclası zamanı həbs olunub.
Rafiq Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.(Virtualaz.org)
İnterpress.az