Park salınmazdan əvvəl burada istismar müddəti başa çatmış binalar yerləşib və ətraf ərazilər yarasız vəziyyətdə olub. Bir sözlə, bu ərazi paytaxtın müasir simasına uyğun deyildi. Məhz buna görə də bu ərazidə yeni parkın salınması layihəsinin icrasına başlanılıb.
Yeni parkın salınması ərazinin simasını tamamilə dəyişib və paytaxt sakinlərinin istirahəti üçün müasir tələblərə cavab verən daha bir istirahət guşəsi yaradılıb.
Parkda görülən işlər barədə dövlətimizin başçısına məlumat verildi. Ümumi ərazisi 10 min kvadratmetrə qədər olan yeni parkın salınmasında yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilib. Parkın 5 min kvadratmetr ərazisində yaşıllıq zolağı salınıb, çoxlu sayda şam, zeytun və çinar ağacları əkilib. Parkda, həmçinin müasir standartlara uyğun işıqlandırma sistemi quraşdırılıb.
İstirahət guşəsində müasir iaşə obyektləri də inşa edilib. Bu obyektlərin tikintisində sınmayan, təhlükəsiz şüşələrdən istifadə olunub. İaşə obyektləri də müasir tələblərə cavab verən işıqlandırma sistemi ilə təchiz edilib. Parkda istirahət üçün hər cür şərait yaradılıb.
Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.
* * *14:21
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 20-də Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki Əli İsazadə küçəsinin yenidənqurma və əsaslı təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olublar.
Binə qəsəbəsinin mərkəzindən keçən bu küçə əvvəllər əhalinin və nəqliyyatın gediş-gəlişi üçün olduqca yararsız vəziyyətdə idi. Ensiz küçədə vaxtaşırı tıxaclar yaranır və nəqliyyatın hərəkətində ciddi çətinliklər olurdu.
Azərbaycan Prezidentinin tapşırığı ilə Bakı və Bakıətrafı qəsəbələrin ayrı-ayrı yaşayış massivlərində abadlıq və quruculuq işlərinin davamlı olaraq həyata keçirilməsi nəticəsində qəsəbədaxili yollar genişləndirilir, yeni yaşıllıq zolaqları salınır, mövcud parklar abadlaşdırılır. Binə qəsəbəsində iki kilometrdən çox uzunluğu, əvvəllər beş metrə qədər eni olan küçədə əsaslı təmir və yenidənqurma işləri də dövlətimizin başçısının göstərişlərinə uyğun olaraq həyata keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, görülən işlər nəticəsində küçənin eni 21 metrə qədər genişləndirilib, ara səkilər salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Küçənin genişləndirilməsi layihəsi çərçivəsində çoxlu sayda yaşayış və qeyri-yaşayış obyektləri başqa ərazilərə köçürülüb. Küçəyə ümumilikdə 40 min kvadratmetrə qədər asfalt örtüyü çəkilib.
Ərazidə yol infrastrukturu ilə bağlı bütün kommunikasiya qurğuları yenidən qurulub, yeniləri yaradılıb və yağış sularının ötürülməsi üçün təzə xətlər çəkilib. Burada Almaniya istehsalı olan müasir kommunikasiya avadanlıqları quraşdırılıb, abadlaşdırma işlərində keyfiyyətli tikinti materiallarından istifadə olunub.(Virtualaz.org)
İnterpress.az