“Threads” sosial şəbəkəsi Türkiyədə bazar ertəsindən etibarən mövcud deyil.
İnterpress.az xəbər verir ki, aprelin 15-də sosial şəbəkə öz istifadəçilərini Türkiyə antiinhisar tənzimləyicisinin qərarı ilə aprelin 29-dan etibarən Türkiyədə işlərin dayandırılması barədə xəbərdar edib.
Qeyd olunub ki, istifadəçi profilləri deaktiv ediləcək, lakin onlar istənilən vaxt məlumatları yükləyə və profili silə bilərlər.
Xuraman Etibarlı
İnterpress.az