Azyaşlı qıza narkotik satan erməni HƏBS OLUNDUbackend

Azyaşlı qıza narkotik satan erməni HƏBS OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda 58 yaşlı kişi məktəbli qıza narkotik satmaqda ittiham edilərək həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, mayın 18-də saat polis idarəsinə Ararat rayon sakini yaşadıqları evin keçmiş xidmətçisinin azyaşlı qızına narkotik vasitə satması barədə məlumat verib. O, həmçinin qızının üzərindən tapılan 3,9 qram narkotik vasitəni də təhvil verib.

Məlum olub ki, narkotik vasitəni məktəbli qıza qanunsuz satan şəxs 58 yaşlı Ararat rayon sakinidir. O, saxlanılıb və dindirilmə zamanı etiraf edib.

Sübutlar əldə edilib ki, kişi imkanlı ailənin qızının azyaşlı olduğunu bilərək və anlayaraq, söhbətlər zamanı uşağa narkotiki sınamağı təklif edib. Nəticədə qızda maraq yaranıb və narkotiki sınaqdan keçirmək istəyini bildirib. Həmin şəxs ona tanışından aldığı çətənəyə bənzər maddəni satıb.

58 yaşlı kişiyə qarşı ittiham irəli sürülüb və onun həbsi ilə bağlı vəsatət təmin edilib.

Xuraman Etibarlı

İnterpress.az