İrəvanda keçirilən etiraz aksiyası zamanı 190 şəxs saxlanılıb.
İnterpress.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlar Ermənistan İnzibati Məcəlləsinin 182-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə polis bölməsinə aparılıblar.