Plastik qablarda satılan sulardan gələn QOXU – Mütəxəssis səbəbləri AÇIQLADIbackend

Plastik qablarda satılan sulardan gələn QOXU – Mütəxəssis səbəbləri AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Plastik qablarda satılan sular müasir dövrdə ən çox istifadə olunan məhsullar arasındadır. Havalarin isinməsi ilə əlaqədar olaraq gündəlik həyatımızda sudan daha çox istifadə etməyə başlayırıq. Lakin marketlərdə satılan sular bəzən içməli su adı ilə satılsa da, təəsüf ki, içmək mümkün olmur.

Mövzu ilə bağlı İnterpress.az-a açıqlama verən qida üzrə mütəxəssis İlkin Şirinov bildirib ki:

“Plastik qablarda satılan suların çoxunda bu hala rast gəlinir, bu isə plastik butulkanın düzəldiyi maddənin tərkibindən asılıdır. Belə ki, plastik butulkalar istiliyə, temperatur dəyişikliyinə məruz qaldıqda suyun dadında dəyişmə hiss olunur.

Plastik butulkalarda olan sular hazırlanan zaman müəyyən edilmiş sənaye istehsal qaydalarına əməl olunması vacibdir. İlk öncə bu butulkalara su doldurulmadan əvvəl insan sağlamlığına heç bir zərər verməməsi yoxlanılmalı, sonra içməli su doldurulmalıdır.

Dəfələrlə istehlakçılar gündəlik istifadə üçün aldıqları sudan bataqlıq qoxusu gəldiyindən şikayətləniblər. Dəfələrlə istehsalçı şirkətlərə müraciət olunsa da, laboratoriyaların onlara verdiyi kağız parçasında yazılan müsbət rəylə vəziyyətdən çıxmağa çalışırlar. Səbəb isə məlumdur: su saxlanılan çənlər vaxtında təmizlənmədiyindən onların içində çöküntü halında yığılan suda müəyyən bir müddət keçdikdən sonra spesifik qoxu hiss olunur.

Məsələnin digər tərəfi hər hansısa bir məhsul nümunə kimi təqdim olunduqda, ona alınan satış sertifikatından sonrakı mərhələsidir. Nümunə olaraq təqdim olunan məhsulun üzərindəki kimyəvi tərkibi ilə minellarının göstəricisi bir neçə müddət keçdikdən sonra satışa çıxarılan eyniadlı məhsulların göstəricisi ilə üst-üstə düşməyə bilər. Bunu doğru şəkildə yoxlamaq isə aidiyyatı qurumların vəzifəsidir”.

Plastik qablardakı suyun içildikdən sonra ətraf mühitə vurduğu ziyandan danışan mütəxəssis onu da əlavə edib ki, illərlə torpağa qarışmayan və çürüməyən kimyəvi qablar ətraf mühitin çirklənməsindən başqa heç bir işə yaramır.

Xuraman Etibarlı

İnterpress.az