MAQATE İranın nüvə silahı proqramına malik olduğuna dair heç bir dəlil görməyib.
İnterpress.az xəbər verir ki, bu barədə MAQATE rəhbəri Rafael Qrossi Bloomberg TV-yə müsahibəsində bildirib.
“Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə silahı proqramına malik olduğuna dair dəlil görməyib.
Fəal nüvə silahı proqramının olduğunu bəyan etmək üçün bizə konkret dəlil lazımdır və biz bunu görməmişik. Amma bu o demək deyil ki, vəziyyət narahatedici deyil”,”, – agentliyin baş direktoru deyib.
Onun sözlərinə görə, bu səbəbdən beynəlxalq ictimaiyyət narahatdır və o, hesabatı MAQATE-nin Rəhbərlər Şurasına təqdim edib.
Qrossi əlavə edib ki, İran nümayəndələri ilə söhbətlərində onlar həmişə nüvə silahının yaradılmasının İslama uyğun olmadığını xatırladıblar.
Eyni zamanda, bir çox yüksək rütbəli məmurlar İranda bütün “pazlın parçaları”nın olduğunu bildiriblər.
Xuraman Etibarlı
İnterpress.az