Moskva Rusiya və Almaniya hökumətləri arasında hərbi-texniki əməkdaşlıq haqqında sazişdən çıxmaq niyyətindədir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“Rusiya Federasiyası və Almaniya hökumətləri arasında hərbi-texniki əməkdaşlıq haqqında 14 iyun 1996-cı il tarixli formal qüvvədə olan saziş indiki şəraitdə öz mənasını və praktiki əhəmiyyətini itirmiş, Almaniya hakimiyyətinin açıq düşmənçilik siyasəti və Almaniya hökumətinin getdikcə artan militarist təcavüzkarlığı nəticəsində yaranmış Rusiya-Almaniya dövlətlərarası münasibətlərinin hazırkı vəziyyətinə tamamilə uyğun gəlmir”, – bəyanatda bildirilir.
Xuraman Etibarlı
İnterpress.az