Hərbi jurnalist SAXLANILDI – Solovyova görə – FOTO/VİDEObackend

Hərbi jurnalist SAXLANILDI – Solovyova görə – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada hərbi müxbir saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiyada mediası məlumat yayıb.

Bildirilir ki, Moskvada “Soldatskaya Pravda” Telegram kanalının müəllifi, müharibə müxbiri Mixail Polınkov saxlanılıb.

Mixail Polınkov iyunun 18-də səhər saatlarında hərbi polis əməkdaşları tərəfindən saxlanılıb.

Vəkilinin sözlərinə görə, Mixail Rusiya Federasiyası İstintaq Komitəsinin hərbi istintaq idarəsinə aparılıb.

Müharibə müxbirinin vəkili Aleksandr Moloxovun sözlərinə görə, Polınkovun saxlanması onun Vladimir Solovyovla birgə yayımladığı arxiv videosu ilə bağlı ola bilər.

Bu videoda Solovyov İsraildə müharibə başlasa, ölkəni müdafiə etməyə gedəcəyini deyir. Polınkovun saxlanmasının həqiqətən də bu nəşrlə bağlı olub-olmadığı hələlik məlum deyil.

Mixail Polınkov “Rus Strelkov Hərəkatı” sədrinin müavini və “Rus Baharı” siyasi partiyası Sov.İKP Mərkəzi İcraiyyə Komitəsinin üzvüdür.

Xuraman Etibarlı

İnterpress.az