“Tufan qopacaq” – İranın Keşikçilər Şurası Xamenei ilə bağlı Trampa XƏBƏRDARLIQ ETDİbackend

“Tufan qopacaq” – İranın Keşikçilər Şurası Xamenei ilə bağlı Trampa XƏBƏRDARLIQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Keşikçilər Şurası Trampa Xameneini aradan götürməyi “hətta düşünməyə” qarşı xəbərdarlıq edib.

İnterpress.az xəbər verir ki, İslam Respublikası Konstitusiyasının Mühafizə Şurası rəsmi bəyanat yayıb.

Bəyanatda deyilir: “Təkəbbürlü və sözəbaxan Amerika prezidenti bilməlidir ki, İnqilabın Ali Rəhbəri bütün dünyada çoxlu sayda müsəlman və azadlıq mübarizlərinin siyasi və dini lideridir və ən kiçik bir təcavüzü belə düşünsə, bu cinayəti törədənləri və tərəfdarlarını məhv edəcək bir tufan qopacaq”.

Konstitusiyanın Keşikçiləri Şurası İranda xüsusi parlamentdən yuxarı hakimiyyət orqanıdır.

Onun əsas funksiyası qanun layihələrinin, qanunların və məmurların konstitusiyaya uyğunluğunu yoxlamaqdır.

Şura ölkədə əsas vəzifələrə, o cümlədən prezident, parlament üzvləri və hökumət nazirləri üçün namizədləri təsdiq edir.

Xuraman Etibarlı

İnterpress.az