“Hraparak”: Azərbaycan və Ermənistan Türkiyədə razılığa gələ bilərbackend

“Hraparak”: Azərbaycan və Ermənistan Türkiyədə razılığa gələ bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan Türkiyədə razılığa gələ bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Ermənistanın hakim partiyasının komandası iyunun 20-də baş nazir Nikol Paşinyanın Türkiyəyə səfəri ilə bağlı yayılan xəbərlər fonunda Türkiyədə Azərbaycanla Ermənistan arasında sülhə dair saziş və ya ilkin sənədin imzalanmasının mümkünlüyü barədə danışmağa başlayıb.

“Ərdoğanın vasitəçiliyi ilə tərəflər üçüncü tərəfin hərbi mövcudluğunun istisna edilməsini nəzərdə tutan saziş imzalaya bilər. Başqa sözlə, Rusiyanın 102-ci hərbi bazası Ermənistandan çıxarılacaq. Müqaviləyə Əliyevin bütün digər tələblərini, o cümlədən 300 min azərbaycanlının Ermənistana qaytarılması da daxil olmaqla, Ermənistana qaytarılmasını əks etdirən əlavə də yer alacaq”, – məlumatda deyilir.

Azərbaycan prezidenti Əliyevin bu gün Türkiyəyə səfəri gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az