ABŞ polkovniki İsrail əleyhinə yazılarına görə vəzifəsindən QOVULDUbackend

ABŞ polkovniki İsrail əleyhinə yazılarına görə vəzifəsindən QOVULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ polkovniki İsrail əleyhinə sosial media yazılarına görə vəzifəsindən uzaqlaşdırıb.

İnterpress.az xəbər verir ki, Pentaqon Birləşmiş Qərargah Rəislərinin J5 Planlaşdırma Diviziyasının Misir və Levant masasının rəhbəri polkovnik Makkormakı sosial mediada İsrail əleyhinə və antisemitizm mesajları yerləşdirdikdən sonra vəzifəsindən uzaqlaşdırıb.

İsraili “ən pis müttəfiq” adlandıran və “Netanyahu və onun yəhudi-supremasist yaxınlarına” istinad edən yazılar Makkormak tərəfindən yarı anonim X hesabı ilə onlayn olaraq geniş şəkildə paylaşılıb.

“Biz vəziyyətdən xəbərdarıq və təhqiqat başlatdıq. O, bu vəzifədə işləməyəcək”, – Pentaqonun sözçüsü deyib.

J5 Planlaşdırma Şöbəsi strateji planlaşdırma, siyasət və təşkilatın uzunmüddətli məqsədlərinə çatmağa yönəlmiş hərbi əməliyyatlar planlarının hazırlanmasına, habelə bu planlar çərçivəsində müxtəlif bölmələrin hərəkətlərinin əlaqələndirilməsinə cavabdeh olan bölmədir.

Xuraman Etibarlı

İnterpress.az