“Hizbullah” və əs-Sistani Xameneiyə qarşı təhdidləri PİSLƏDİbackend

“Hizbullah” və əs-Sistani Xameneiyə qarşı təhdidləri PİSLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hizbullah və İraq şiələrinin ruhani lideri Xamneyiyə qarşı təhdidləri pisləyib.

İnterpress.az xəbər verir ki, bu barədə Hizbullah-ın bəyanatında deyilir.

Hizbullah İranın ali dini lideri Xameneiyə qarşı sui-qəsd təhdidlərini kəskin şəkildə pisləyib.

“Sui-qəsd təhdidi axmaq və ehtiyatsızdır, bunun dəhşətli nəticələri olacaq”, – təşkilatın bəyanatında deyilir.

Eyni zamanda, İraq şiələrinin ruhani lideri Əli əs-Sistani də “İslam Respublikasına qarşı davam edən hərbi təcavüzü və onun ali dini və siyasi rəhbərliyinə qarşı hər hansı təhdidləri” pisləyib.

O vurğulayıb ki, bu hərəkətlər regionda geniş xaosa səbəb ola bilər və bütün region ölkələrinin maraqlarına ciddi ziyan vura bilər.

İyunun 18-də bəzi İsrail KİV-ləri İsrail və İran arasında gərginliyin başlamasından sonra Xameneinin köçürüldüyü Tehran ərazisinə zərbələr endirilməsi barədə məlumat yayıb.

Xuraman Etibaelı

İnterpress.az