Boeing E-4B “qiyamət günü təyyarəsi” Vaşinqton yaxınlığında Endryus Hərbi Hava Qüvvələri bazasında eniş edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Boeing E-4B “qiyamət günü təyyarəsi” Vaşinqton yaxınlığında, ABŞ prezidentini təmin edən Endryus Hərbi Hava Qüvvələri bazasında eniş edib.
Belə hərəkətlər sonuncu dəfə 2001-ci il sentyabrın 11-də baş verən terror aktlarından sonra həyata keçirilib.
Bu təyyarələr nüvə müharibəsi zamanı prezident, müdafiə naziri və ABŞ hərbi rəhbərliyinin digər üzvləri üçün nəzərdə tutulub və bir həftə ərzində uçuşda qala bilər.
Xuraman Etibarlı
İnterpress.az