Paşinyan bildirib ki, yalnız indi özünü Ermənistanın tamhüquqlu baş naziri kimi hiss edir.
İnterpress.az xəbər verir ki, bu barədə o, cümə axşamı parlamentdə çıxış edərkən deyib.
Ermənistan hökumətinin başçısı bildirib ki, 2018-ci ilin iyununda (hakimiyyətə gələndə – red.) “şərti” baş nazir olub, ən çox da “forpost” baş nazir olub.
O hesab edir ki, 2018-2019-cu illərdə belə bir məntiq var idi ki, Ermənistan məqsəd deyil, hansısa ali, xarici məqsədə çatmaq üçün bir vasitədir.
“2020-ci ilin noyabrından sonra mən bəlkə də “forpost” baş nazirinin ən ekstremal statusunda idim… İndi Ermənistan həmişəkindən daha çox müstəqil və suveren dövlətdir”, – Paşinyan hesab edir.
Xuraman Etibarlı
İnterpress.az