Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin istefa səbəblərini AÇIQLADIbackend

Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin istefa səbəblərini AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin istefasının səbəblərini açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Ermənistanın baş naziri Nikol Paşinyan Abazyanın istefasının səbəbləri və “Taşir Qrupu”nun rəhbəri Samvel Karapetyanın saxlanılması ilə bağlı sualı cavablandırıb.

Paşinyanın sözlərinə görə, bu gün vəzifəsindən azad edilən keçmiş Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan “5 illik gərgin işdən sonra bir qədər istirahətə layiq idi”.

“Armen Abazyan mənim baş nazir olduğum illərdə çox uzun müddət Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsində çalışıb. O, 2020-ci ilin noyabrından başlayaraq çətin dövrdə işləyib”, – Paşinyan deyib.

Abazyanın göstərişlərini yerinə yetirməkdən imtina etmə ehtimalı ilə bağlı sualı cavablandıran Paşinyan bildirib ki, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri bunu edə bilməz.

Xuraman Etibarlı

İnterpress.az