Fransa və İspaniya ruslar üçün viza nəzarətini gücləndirib.
İnterpress.az xəbər verir ki, Fransa hakimiyyəti ölkənin xarici ərazilərinə gedən rusiyalılar üçün vizaların alınması prosedurunu dəyişib.
İndi adi Şengen çoxdəfəlik C kateqoriyalı vizası əvəzinə, bu bölgələrə daxil olmaq hüququ verən xüsusi DFA vizası tələb olunur.
Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) məlumatına görə, yeni qaydalar uzunmüddətli D kateqoriyalı vizalar və Şengen və ya AEA-da yaşamaq icazəsi olanlara şamil edilmir.
İyulun 12-dən İspaniya İspaniya hava limanlarının beynəlxalq zonalarından keçən ruslar üçün məcburi TAP tranzit vizalarını tətbiq edəcək.
İspaniyanın Moskvadakı konsulluğundan verilən məlumata görə, istisna Şengen vizası və Aİ-nin yaşayış icazəsi sahibləri üçün edilib.
Xuraman Etibarlı
İnterpress.az