Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının növbəti toplantısı Özbəkistanda keçiriləcəkbackend

Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının növbəti toplantısı Özbəkistanda keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) növbəti toplantısı 2025-ci ildə Özbəkistanda keçiriləcək.

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

O bildirib ki, gələn il Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına rəhbərlik Türkiyəyə keçəcək: “Şuraya üzv ölkələr olaraq qiymətləndirmə sektoru ilə bağlı problemləri müzakirə edəcəyik. Həmçinin həllini tapmalı bir sıra texniki məsələlər var ki, bunların da həllini tapması istiqamətində işlər görülür”./Report