Finlandiya Prezidenti Aleksander Stubb Avropa Parlamentinə seçkilərdə erkən səs verib.
“İnterpress.az ” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Bazar günü Aİ-də vacib seçkilər keçiriləcək. Süzanna (həyat yoldaşı Süzanna İnnes-Stubb) ilə mən erkən səs vermək üçün seçki məntəqəsinə getdik. Çoxlu yaxşı namizəd var. Ümid edirəm ki, öz istədiyinizi tapa biləcəksiniz”, – o, paylaşımında vurğulayıb.
AP-yə seçkilər üçün erkən səsvermə mayın 29-dan iyunun 4-dək keçirilir. Finlandiya Ədliyyə Nazirliyinin məlumatına görə, beş gün ərzində seçicilərin 16,6 faizi səs verib. AP-də 15 yer uğrunda 232 fin namizəd mübarizə aparır.