Bakıda iki “qanuni oğru”nun 60 tərəfdarı tutulubbackend

Bakıda iki “qanuni oğru”nun 60 tərəfdarı tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının birgə apardıqları əməliyyat barədə xəbər hətta Rusiya KİV-lərində də yer alıb.

Məlumatda qeyd edilir ki, saxlanılanlardan yalnız bir neçəsinin adı açıqlanıb. Bunlar Namiq İbayev, Kamil Quliyev, Orxan İbrahimov və Namiq Həşimovdur. Saxlanılanların avtomobillərinə baxış zamanı narkotik, silah və güllə aşkarlandığı da bildirilir.

Azərbaycan Daxili İşlər Nazirliyi ümumilkdə 60 nəfərin saxlanıldığını açıqlayıb. Onların hamısının Nadir Səlifov və Rövşən Caniyevə yaxın avtoritetlər olduğu istisna edilmir.

Daxili İşlər Nazirliyinin bu gün yaydığı xəbərdə bildirilir ki, Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakinləri Namiq İbayevdən 2,7 qram, habelə ona məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı 120,2 qram heroin, həmçinin nömrəsi silinmiş “AKM” markalı silah və 22 ədəd patron, Kamil Quliyevdən 2,3 qram, eləcə də ona məxsus “VAZ-2104” markalı avtomobilə baxış zamanı 126 qram heroin, nömrəsi silinmiş “Naqan” tipli tapança və 4 ədəd patron, Orxan İbrahimovdan 148,14 qram marixuana və Namiq Həşimovdan 124,3 qram heroin götürülüb.

N.İbayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 21-də Bakı şəhər sakini Nazim Ağayevə qarşı xuliqanlıq etməsi də müəyyən edilib.(modern.az)

İnterpress.az