Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
İnterpress.az-ın məlumatına görə, hadisə rayonun Sadatlı kəndi ərazisində baş verib.
İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə iki nəfər ölüb, çox sayda yaralı var.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.
Hazırda hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.”Report”