Danimarkada Rusiya vətəndaşı SAXLANILIBbackend

Danimarkada Rusiya vətəndaşı SAXLANILIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarkada bir rus şübhəli bilinərək saxlanılıb.

interpress.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Danimarka dövlət təhlükəsizlik xidmətləri məlumat yayıb. Danimarka müstəntiqləri xarici kəşfiyyat xidmətinin fəaliyyətinə yardım etməkdə şübhəli bilinən Rusiya vətəndaşını saxlayıb.

Danimarka Milli Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin bəyanatında deyilir ki, Danimarkada yaşayan bir şəxs cinayət məcəlləsinin xarici təsir əməliyyatları ilə bağlı hissəsini pozmaqda şübhəli bilinərək dindirilib.

Bəyanatda deyilir ki, iş Avropa Parlamentinə yenicə yekunlaşan seçkilərlə bağlı deyil. Şəxsiyyəti açıqlanmayan rusun dindirildikdən sonra sərbəst buraxılacağı gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az