Toğrul Allahverdili: “Azərbaycan Prezidenti Türk Dövlətlərinin himayədarı və sözünün kəsəri olan favorit liderdir”backend

Toğrul Allahverdili: “Azərbaycan Prezidenti Türk Dövlətlərinin himayədarı və sözünün kəsəri olan favorit liderdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq bütün dünyada bəllidir ki, İlham Əliyev Türk Dövlətləri Təşkilatının əsas favorit lideridir. Cənab Prezidentin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının (TDT) adının dəyişdirilməsi, Türk Dövlətlərinin Zirvə görüşlərinin keçirilməsi, Azərbaycanın təşəbbüsü ilə bir çox tədbirlərin, Türk Dövlətlərinin Parlament Assambleyasının, Türk Dövlətlərinin digər nazirliklərinin birgə komissiyalarının yaradIlması buna bariz nümunədir.

Bu fikirləri Türk Dövlətləri Təşkilatının liderlərinin iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşünü, burada müzakirə olunan məsələləri, müzakirələri şərh edən siyasi şərhçi Toğrul Allahverdili interpress.az-a açıqlamasında səsləndirib.

toğrul
Toğrul Allahverdili

Siyasi şərhçi bildirib ki, Türk Dövlətlərinin Təşkilatının, Türk Dövlətlərinin yeni favorit lideri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdir.

“Azərbaycan Cənab Prezidentimizin yürütdüyü siyasət nəticəsində hər sahədə uğurlar qazanır. Təsadüfi deyil ki, Şuşada keçirilən bügünkü Zirvə görüşündə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin hesabına iki milyon ABŞ dolları məbləğində vəsait köçürdüyünə görə Azərbaycana və onun liderinə təşəkkür edib.

Bunu xüsusi olaraq vurğulayıram ki, Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul olunması sırf Cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Cənab Prezidentin iradəsi və təşəbbüsü ilə Türkiyədən başqa kiminsə dəstəkləmədiyi, hər zaman kənarda qalan, ikili standartlarla illərlə mübarizə aparan, haqsız yerə embarqolarla üzləşən Şimali Kipr Türk Respublikasının artıq dünyaya bir açılımı Azərbaycandan başlayır.

Xüsusən Cənab Prezidentin dəvəti ilə Azərbaycanda bir dəfə rəsmi səfərdə olan Ersin Tatarın artıq ikinci dəfə ölkəmizə rəsmi səfərə gəlməsi buna ən böyük bariz nümunədir ki, Azərbaycan lideri regionda və dünyada Türk Dövlətləri Təşkilatlarının, Türk Dövlətlərinin himayədarı və sözünün kəsəri olan bir türk prezidentdir.

Cənab Prezidentin yalnız Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrə deyil, ümumiyyətlə, Türk dünyasında baş verən bütün hadisələrə vaxtında reaksiya verməsi öz-özlüyündə İlham Əliyevin Türk Dövlətlərinin lideri kimi önə çıxmasının göstəricisidir.

Bir neçə gün bundan öncə türkiyəli futbolçu Merih Demiralın türkçülüyün simvolu olan Bozqırd işarəsini göstərməsi böyük bir rezonans doğurdu. Dünyada nə qədər çaqqal, köpək sürüsü var Bozqurd işarəsinə görə xalqımızın, millətimizin üzərinə gəldi. Dünyada bəzi dövlətlər özlərinə simvolik işarələr götürürlər, məsələn, fransızlar xoruz, digər dövlət pələng və ya Rusiya ayı və s.. Nədənsə biz, türk milləti öz Bozqurd işarəmizi göstərərkən kimlərinsə gözünə ox olub batır. Lakin buna baxmayaraq Sayın Ərdoğan türk futbolçuya dəstək verdi.

Müzəffər Ali Baş Komandanın, liderimiz İlham Əliyevin də türk futbolçu Merih Demirala verdiyi dəstək, ona uğurlar arzulaması bunu göstərir ki, Cənab Prezident tək siyasi deyil, həm də Türk dövlətlərinin mədəni, idman, təhsil, səhiyyə və digər məsələlərində də diqqət mərkəzindədir”.

Xuraman Etibarlı

İnterpress.az