İsrail ordusu HƏMAS-ın iqtisadiyyat nazirini öldürüb.
interpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Bildirilir ki, İsrail ordusu HƏMAS-ın iqtisadiyyat naziri vəzifəsində çalışan Abed əz-Zarini öldürüb.
O, həmçinin HƏMAS-ın terror təşkilatının silah potensialının gücləndirilməsinə həsr olunmuş hərbi qanadının istehsal heyətinin üzvü olub.
Əl-Zari vəzifəsinin bir hissəsi kimi yanacağın, qazın və terror əməliyyatları üçün vəsaitin bölüşdürülməsinə cavabdeh idi.
Xuraman Etibarlı
İnterpress.az