Rusiyada yaşayanların NƏZƏRİNƏ: Uşaqlarınız təhsildən kənarlaşdırıla bilərbackend

Rusiyada yaşayanların NƏZƏRİNƏ: Uşaqlarınız təhsildən kənarlaşdırıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Təhsil Nazirliyi siniflərdə əcnəbi uşaqların sayını məhdudlaşdırmağa çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya məktəblərinə və məktəbəqədər təhsil təşkilatlarına siniflərdə və qruplarda rus dilini yaxşı bilməyən əcnəbi vətəndaşların uşaqlarının sayının məhdudlaşdırılması tələb olunur.

Təlimatlarda deyilir ki, rus dilini yaxşı bilməyən bir sinifdə və ya qrupda üçdən çox uşağın olmamasına çalışmaq lazımdır.

Müvafiq məlumatı Dövlət Dumasının Təhsil Komitəsi rəhbərinin birinci müavini Yana Lantratova, eləcə də bir neçə təhsil müəssisəsi təsdiqləyib.

Xuraman Etibarlı

İnterpress.az