Durovun keçmiş arvadı Telegram-ı ondan ALMAQ İSTƏYİR – FOTObackend

Durovun keçmiş arvadı Telegram-ı ondan ALMAQ İSTƏYİR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Durovun keçmiş arvadı İrina Bolqar onu yenidən məhkəməyə vermək istəyir. O, Telegram-ın onların  ortaq mülk olduğunu hesab edir.

İnterpress.az xəbər verir ki, bu barədə o. sosial şəbəkə hesabında yazıb.

“Bütün mühüm ailə sərvətləri onun adına rəsmiləşdirilib. Onlardan istifadəyə icazə verən, lakin hüquq və mənafelərimin tam qorunmasını təmin etməyən müqavilələr və etibarnamələr vasitəsilə mənim onlara çıxışım olub və məlum olub ki, onlar istənilən vaxt pozula bilər”, – Bolqar qeyd edib.

O israr edir ki, bir çox ölkələrdə qeydiyyata alınmamış münasibətlər mülkiyyət hüququ ilə bağlı rəsmi nikah kimi qəbul edilir. Və bəzi ölkələrdə mülki qanunvericiliyə əsasən birgə əldə edilmiş əmlakın payını tələb etmək olar.

Xuraman Etibarlı

İnterpress.az