İsrail ordusu Suriyada Hizbullahın silah-sursat anbarına hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) məlumat yayıb. Bildirilir ki, İsrail ordusu Suriyanın Homs əyalətinin cənubunda Hizbullahın silah-sursat anbarına hücum edib.
Hücum nəticəsində ölənlərin olduğu qeyd edilir. Yuxarıda adı çəkilən anbar Hizbullahın Suriyadakı “hərbi qərargahı” da adlandırılır.
Xuraman Etibarlı
İnterpress.az