Moskva universiteti hərbi xidmət üçün qeydiyyatdan keçməmiş tələbələrin girişini dayandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bir neçə oğlan Plexanov adına İqtisadiyyat Universitetə girə bilməyib. Keçidlər işləməyib və təhlükəsizlik onları içəri buraxmayıb.
Tələbələrdən biri iddia edir ki, qeydiyyatda olduğunu desə də, sübut üçün ondan hərbi komissarlığa çağırış vərəqəsi tələb olunub.
Tələbələr hələ də məktəbə gedə bilmirlər. İndi onlar dekanlıqla əlaqə saxlamağa çalışırlar.
Xuraman Etibarlı
İnterpress.az