İran Təbrizi İrəvan ilə birləşdirən dəhlizin tikintisini başa çatdırıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Sahab” şəbəkəsinin erməni kanalı məlumat yayıb.
Bildirilir ki, İranın şimal-qərbində Xace-Vərzəqan avtomobil yolu layihəsi hazırlanır və onun bir hissəsi yaxın vaxtlarda istifadəyə veriləcək.
“Bu layihə Vərzəqan-Norduz bölgəsi vasitəsilə Təbrizi Ermənistanın paytaxtı və Avrasiya ilə birləşdirəcək dəhlizin bir hissəsidir”, – Şərqi Atrpatan vilayətinin yollar və şəhərsalma üzrə baş direktoru Seyid Əhməd Musəvi deyib.
Xuraman Etibarlı
İnterpress.az