İranın Sistan və Bəlucistan əyalətində SİLAHLI TOQQUŞMA – Ölənlər var – VİDEObackend

İranın Sistan və Bəlucistan əyalətində SİLAHLI TOQQUŞMA – Ölənlər var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Sistan və Bəlucistan əyalətində silahlı toqquşma baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilir ki, İranın cənubundakı Sistan və Bəlucistan əyalətində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Sepah-e-Qods xüsusi təyinatlılarının yaraqlıları ilə kəşfiyyat zabitləri və sünni paramiliter Bəluc Ceyş ul-Adl qruplaşmasının üzvləri arasında silahlı toqquşma baş verib.

Məlumata görə, qarşıdurma nəticəsində 4 “terrorçu” öldürülüb, daha 6 nəfər saxlanılıb. Həmçinin SEPAH-ın Sepah-e-Qods xüsusi təyinatlılarının 2 üzvü öldürülüb.

Eyni zamanda, Ceyş ul-Adl silahlı qarşıdurma nəticəsində “Sepah-e-Qods SEPAH xüsusi təyinatlılarının və İran Kəşfiyyat Nazirliyinin ən azı 15 əməkdaşının öldürüldüyünü və yaralandığını” bildirib.

Sünni Bəlucilərin yaşadığı Sistan və Bəlucistan əyaləti tez-tez hökumət əleyhinə nümayişlər və rejim təhlükəsizlik qüvvələri ilə toqquşmalarla seçilən İranın ən böyük etiraz mərkəzidir.

Xuraman Etibarlı

İnterpress.az