Trampın kabinetinə seçdiyi bütün insanlar İsrailin radikal tərəfdarları və məhv edilməli olan düşmənlərimizdir!
İnterpress.az xəbər verir ki, bunu İranın Tehran şəhərinin imamı Cüməsi Sadiq Kazimi Cümə xütbəsi zamanı deyib. O bildirib ki, ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp ətrafına İranın düşmənlərini yığır və onların hamısı məhv edilməlidir.
“Trampın kabinetində olmaq üçün seçdiyi bütün insanlar İsrailin radikal tərəfdarları və məhv edilməli olan düşmənlərimizdir!”, – Kazimi deyib.
Xuraman Etibarlı
İnterpress.az