HƏMAS təşkilat rəhbərlərinin Türkiyəyə köçməsi ilə bağlı xəbərləri təkzib edib.
İnterpress.az xəbər verir ki, bu barədə rəsmi HƏMAS-ın telegram kanalı məlumat yayıb.
Türkiyənin ardınca HƏMAS da təşkilat rəhbərlərinin Türkiyəyə köçməsi ilə bağlı xəbərləri təkzib edib.
“Bu xəbərlər işğalçı hakimiyyətin zaman-zaman yaymağa çalışdığı sırf şayiələrdir”, – məlumatda deyilir.
Bu gün səhər saatlarında Türkiyə Xarici İşlər Nazirliyi də yuxarıda qeyd olunan xəbərləri təkzib edərək, HƏMAS Siyasi Bürosunun üzvlərinin “vaxtında ölkəyə səfər etdiyini” qeyd edib.
Təşkilatın ofisinin köçürülməsi ilə bağlı məlumatlar İsrail mətbuatında yer alıb.
Xuraman Etibarlı
İnterpress.az