Suriyadakı erməni terror qruplaşması kürdlərə dəstəyini bildirib.
İnterpress.az xəbər verir ki, bununla bağlı erməni terror qruplaşması “Nubar Ozanyan batalyonu” Suriyanın Ayn əl-Ərəb bölgəsindəki tunellərdən birindən video yayımlayıb.
Terror qruplaşması kürd PKK/YPG-yə dəstək verdiyini bəyan edib.
Nubar Ozanyan dəstəsi 2019-cu il aprelin 24-də yaradılıb. Dəstəyə 2017-ci ildə Raqqada öldürülən Türkiyə Marksizm-leninizm kommunist partiyası silahlı qolunun lideri olan Nubar Ozanyanın adı verilib.
Məqsədləri erməni xalqı, dili və mədəniyyətini “Faşist Birlik və Tərəqqi Partiyası təmsilçiləri” olaraq “İraq Şam İslam Dövləti və Türkiyədən” qorumaqdır.
Xuraman Etibarlı
İnterpress.az